UNICEF məktəblərin bağlanmasını tənqid etdi


UNICEF dünyada 320 milyon məktəb yaşında uşağın və gəncin koronavirus səbəbindən evə qapanmaq məcburiyyətində qaldığını diqqətə gətirərək, COVID-19-un məktəblərdə daha sürətli yayıldığına dair bir dəlil olmadığını vurğulayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, UNICEF məktəb və universitetə gedə bilməyən uşaq və gənclərin sayının 1 noyabrla müqayisədə 90 milyon artdığını bildirib. Təşkilat məktəblərin bağlanmasının onların öyrənmə qabiliyyətlərinə, uşaqların zehni, eləcə də fiziki qabiliyyətlərinə də mənfi təsir etdiyini vurğulayıb.
UNICEF-in təhsil üzrə direktoru Robert Cenkins, pandemiyanın yayılmasına məktəblərin səbəb olmadığını sübut etdiyini qeyd edərək, hökumətlərin ən sonda deyil, əvvəldən məktəbləri bağlanması siyasətini pisləyib. O, yenidən məktəblərin açılmasını tələb edib.
 

DİGƏR XƏBƏRLƏR

Top