Putin ona edilən təklifi tənqid etdi: “Çar Rusiyasının sonunun necə gəldiyini bilirsiniz”


Vladimir Putin Rusiyada təklif edilən kütləvi əfv ideyasını Çar Rusiyası ilə müqayisə etdi.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Putin kütləvi əfv məsələsini diqqətlə müzakirə etməyi təklif edib. O bildirib ki, məhbusların kütləvi əfv edilməsi müxtəlif problemlərə gətirib çıxara bilər:
“Bu məsələyə diqqətlə baxmalısınız. Çar Rusiyasının sonunun necə gəldiyini bilirsiniz. O vaxt küçələrdə müvəqqəti hökumət tərəfindən həbsxanalardan sərbəst buraxılan çox sayda insan var idi və bu, bütün ölkə üçün mənfi nəticələrə gətirib çıxardı”.

DİGƏR XƏBƏRLƏR

Top