Azərbaycanda tanınmış aktrisa vəfat etdi - FOTO

Gəncə Dövlət Dram Teatrının aktrisası Laləzar Ocaqquliyeva vəfat edib.

Bu barədə APA-ya teatrın ədəbi hissə müdiri Anar Burcəliyev məlumat verib.

O, aktrisanın dünən vəfat etdiyini bildirib.

Qeyd edək ki, Laləzar Hüseyn qızı Ocaqquliyeva 1954-cü ildə anadan olub. O, 1974-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib.

Allah rəhmət eləsin! 
Azərbaycanda tanınmış aktrisa vəfat etdi - Foto

DİGƏR XƏBƏRLƏR

Top