Yunanıstanda media orqanlarının yayımı dayandırıldı


Yunanıstanda bir sıra dövlət və özəl mətbuat orqanı planlaşdırılan qanun dəyişikliyinə etiraz əlaməti olaraq tətil edirlər.
Yeniavaz.com “Cumhuriyet”ə istinadən xəbər verir ki, mətbu qanunda edilən dəyişiklik planına etiraz edən qurumlar, COVID-19 məlumatları xaricində bütün yayımlarını dayandırıb.
Qanuna etiraz edən ANA-MPA dövlət yayım quruluşu və ERT dövlət televiziya - radio şirkəti daxil olmaqla əksər media orqanları etirazı sabah axşama qədər uzadacağı bildirilib.
Jurnalistlər Dərnəkləri Federasiyasının (POESY), Yunanstan Radio və Televiziya İşçiləri Dərnəkləri Federasiyasının (POSPERT) və Mətbuat və Yayım İşçiləri Dərnəkləri Federasiyasının (POEPTYM) çağırışı ilə edilən tətildə ortaq bir açıqlama verilib.
Ortaq açıqlamada qeyd olunub ki, gələn həftə parlamentə təqdim edilməsi gözlənilən qanun layihəsinin hər gün pisləşən sağlamlıq böhranı şəraitində obyektiv xəbər almaq üçün əlverişsiz şəraitdə mübarizə aparan mətbuat işçilərinə böyük bir zərbə vurur.
Layihə televiziya kanallarında 400 işçi tələbini 280-ə endirməkdən ibarətdir.

DİGƏR XƏBƏRLƏR

Top