Putin Moskvada yaşamadığını insanlardan necə gizlədib? - “Der-Spiegel” FOTOLAR-ını yaydı


Dünyanın nüfuzlu mətbuat orqanlarından olan “Der-Spiegel” Rusiya prezidenti Vladimir Putinin artıq bir neçə aydır Moskvada olmadığını və bunu insanlardan gizlətməyə çalışdığını yazıb.
Yeniavaz.com
xəbər verir ki, “Der-Spiegel” Vladimir Putinin Soçidə olduğunu yazıb.
Putin Soçidə olduğunu hiss etdirməmək üçün Moskvadakı iqamətgahının bənzərini Soçidə də hazırladıb. Bildirilir ki, Soçidəki iqamətgahın dizaynı Moskvadakı iqamətgah ilə tamamilə eynidir. “Der-Spiegel” sübut üçün Vladimir Putinin 2020-ci ilin oktyabr ayının 29-da VTB-nin rəhbəri Andrey Kostinlə görüşünün fotosunu yayıb. Bildirilir ki, bu foto Soçidəki görüşdə çəkilib. Daha sonra “Der-Spiegel”  Putinin 2017-ci ildə Andrey Kostinlə Moskvadakı görüşünün fotosunu məqaləyə əlavə edib və bildirilir ki, hər iki şəkildə görünən mebellər, qələmlər, telefonlar və onların yerləşməsi tamamilə eynidir.
“Der-Spiegel” yazır ki, Putinin Moskvada olmadığını onun təyyarəsinin hərəkət istiqamətinə baxaraq müəyyən ediblər. Məqalədə bildirilir ki, Putinin Soçidə olmasının səbəbi koronavirusdan qorunması ilə bağlıdır. Kremldə akkreditə olunan jurnalistlərə hazırda Putini müşayiət etməyə icazə vermirlər.


A. Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top