Öskürək səsinə görə koronavirus xəstələrini təyin edən aparat hazırlanıb


Koronavirus xəstələrini öskürək səsilə təyin edən süni zəka aparatı təqdim olunub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, aparatı Masaşusets Texnologiya İnstitutunun (MIT) bir grup tədqiqatçısı hazırlayıb.
Araşdırmanın məqsədi asimptomatik insanlarda koronavirusun yol açdığı bəzi dəyişikliklərdən sonra öskürəklərinin normal olmadığının müəyyənləşdirilməsinə yönəlib. Tədqiqatçılar modeli on minlərlə öskürək səs nümunəsi ilə birgə danışıq zamanı çıxan səslərlə aşkarlayıb.
Qeyd edək ki, süni intellektə yeni öskürək səsləri yüklədikdə, aparat COVID-19 xəstəsi olduğu bilinənlərin öskürəyini 98,5 faiz nisbətində doğru şəkildə təyin edib.

DİGƏR XƏBƏRLƏR

Top