Prezidentin general-polkovnik rütbəsi verdiyi Orxan Sultanovun DOSYESİ


Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsinin verilməsi ilə bağlı sərəncam imzalayıb.
Yeniavaz.com
Orxan Sultanovun dosyesini təqdim edir:
Orxan Sedyar oğlu Sultanov 1977-ci ildə Bakıda anadan olub. Əvvəllər Azərbaycan Xarici İşlər Nazirliyində işləyib. 2007-2011-ci illərdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin humanitar məsələlər üzrə I katibi vəzifəsində çalışıb. XİN-dən sonra MTN-in Xarici Kəşfiyyat İdarəsində işə qəbul edilib.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli sərəncamına əsasən Orxan Sultanov Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilib. 2016-cı il martın 17-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-mayor ali hərbi rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı ilə milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Orxan Sultanov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
2019-cu il martın 27-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilib.
2020-ci il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsi verilib.

DİGƏR XƏBƏRLƏR

Top