Türkiyənin Müdafiə naziri Hulusi Akar Türkiyə hərbçilərinin ən qısa müddət ərzində Azərbaycanda olacağını bildirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hulusi Akar atəşkəsə nəzarət mərkəzində olacaq Türkiyə hərbçilərinin Azərbaycana göndəriləcəyini bildirib:
“Hazırlıqlar tamamlanıb. Türk əsgəri ən qısa vaxtda Azərabycandakı vəzifələrinin başında olacaqlar”.