Anar Kərimov: “Erməni təbliğatının tələsinə düşənlər...” - FOTO


Mədəniyyət nazirinin müavini Anar Kərimov erməni vandalizminin qurbanı olmuş xristian ibadətgahına diqqət çəkib.
Yeniavaz.com xəbər verir ki, nazir müavini tvitterdə Xocavənddəki yeganə Rus Ortodoks Kilsəsinin acınacaqlı durumu ilə bağlı paylaşım edib.
"Bu, 19-cu əsrdə Qarabağdakı işğal olunmuş Xocavənddəki yeganə Rus Ortodoks Kilsəsidir. Erməni təbliğatının tələsinə düşənlər eyni "qədim xristian" ermənilərin xristian irsinə necə "önəm verdiyini" görməlidirlər. Kaş ki rus mediası və mədəniyyətinə aid insanlar bir şey desinlər".

DİGƏR XƏBƏRLƏR

Top