“Mən İlham Əliyevlə danışmışam, o da Azərbaycan hökumətinin hər şeyi nəzarətə alacağı və bu dini obyektlərə erməni və azərbaycan tərəfinin nümayəndələrinin girişinin təmin ediləcəyi mövqeyindən çıxış edir”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev həm azərbaycanlılar, həm də ermənilər üçün Dağlıq Qarabağdakı abidələrə və ziyarətgahlara maneəsiz girişi təmin ediləcəyini bildirib.
Daha sonra Putin regiondakı rus sülhməramlı hərbçilərin komandanı general-leytenant Rüstəm Muradova müraciət edib:
“Ən qədim xristian monastırlarından biri sizin nəzarət zonanızdadır. Burada da həm ermənilərə, həm də azərbaycanlılara giriş təmin etmək lazımdır. Azərbaycanda da xristianlar var və bu da qədim xristian kilsələrindən biridir. Bütün bunlar nəzərə alınmalı və lazımi iş rejimi hər iki tərəflə təmas şəraitində qurulmalıdır”