Altı nəvəsini döyüşə göndərən Tahirə nənə - VİDEO


Zəfər, qəhrəmanlıq tarixi yazan Azərbaycan ordusuna 6 igid nəvəsini yola salan Qəbələ rayon, Bum qəsəbə sakini 74 yaşlı Tahirə nənə "nəvələrim şəhid olsa da, yaralansa da, ən böyük şərəf və ləyaqət torpaqlarımızın işğaldan azad olunmasıdır" deyir.
Onun nəvələrindən biri 20 yaşlı Adəm Heydərov 28 sentyabr tarixində döyüşə yollanıb. O, Ağdərə uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə uçalıb.
Tahirə nənənin bir nəvəsi də yaralanıb. Digərləri isə xidmətini davam etdirir.
Bütün ailə üzvləri həm xidmətdə olan övladlarına, həm də bütün əsgərlərə dua edirlər.
Xəzər TV-nin mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top