Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan koronavirusdan öldü


Ermənistanın üçüncü prezidenti, müxalifətdə olan “Respublikaçılar” partiyasının sədri Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Rita Sarkisyan 16 noyabr tarixində koronavirus diaqnozu ilə son dərəcə ağır vəziyyətdə "Nairi" tibb mərkəzinin reanimasiya şöbəsinə daxil olub. Son 2 gündə vəziyyətində heç bir irəlliləyiş olmadığı üçün qohumlarının istəyi ilə xarici ölkələrdən birinə aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top