Ağdam şəhərinin işğaldan əvvəl helikopterdən çəkilmiş görüntüləri – VİDEO


Xəbər verdiymiz kimi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatına əsasən bu gün Ağdam şəhəri işğaldan azad edildi.
Yeniavaz.com
xəbər verir ki, artıq bu gündən yeni dövrünə qədəm qoyan Ağdam şəhərinin işğal olunmamışdan öncə lentə alınan görüntüləri yayılıb. Belə ki, görüntülərdən də aydın olur ki, vaxtilə Ağdamda kifayət qədər yaşayış binaları, iş yerləri, kafe və restoranlar olub. Lakin, ermənilər tərəfindən viran qoyulan şəhər indi xarabalıqlar içindədir və binalar darmadağı edilib.  Bununla yanaşı, tarixi- memarlıq abidələri, Cümə məscidi də yararsız hala salınıb. Ağdamın məşhur “Çay evi” də işğalçılar tərəfindən tamamilə dağıdılıb. Erməni terrorçularının bu addımı bir daha onların vandallığını bütün dünyaya sübut edir.
Xatırladaq ki, 27 ildən sonra bu gün Ağdam Cümə məscidində ilk dəfə azan səsləndirilərək, namaz qılınıb.

 

DİGƏR XƏBƏRLƏR

Top