“Ukrayna Dialoq və Kommunikasiya Mərkəzi”nin rəhbəri xalqımızı təbrik edib - VİDEO


Vaxtilə Azərbaycanda QHT rəhbəri olaraq çalışmış Dr. İmad Əbu Rub zəfər münasibətilə xalqımızı təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, Dr. İmad Əbu Rub 90-cı illərdən etibarən on ildən artıq Azərbaycanda, xüsusilə də Zaqatala şəhərində yaşayıb. Burada kompüter, ərəb və ingilis dili kursları açıb, həmçinin aid olduğu təşkilat adına şimal-qərb rayonlarımızda bir sıra yadım fəaliyyətləri ilə məşğul olub. Dr. İmad Əbu Rub II Qarabağ müharibəsindən zəfərlərlə çıxan Azərbaycan xalqını, əsgərlərimizi, keçmiş tələbə və dostlarını səmimi qəlbdən təbrik edib.
Qeyd edək ki, hal-hazırda Ukraynanın Kiev şəhərində yaşayan Dr. İmad Əbu Rub “Ukrayna Dialoq və Kommunikasiya Mərkəzi”nə (Український Центр Діалогу та Комунікацій - Ukrainian Dialogue and Communication Center) rəhbərlik edir. Onun bu təbriki keçmiş tələbələri və onu tanıyanlar tərəfindən xoş təəssüratla qarşılanıb.


Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top