Fransada daha bir virus yayılmağa başladı


Koronavirus pandemiyasından ən çox təsirlənən ölkələrdən biri olan Fransada daha bir şəhərdə quş qripinə yoluxma halları qeydə alınıb.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransanın Kənd Təsərrüfatı Nazirliyi məlumat verib. Bildirilib ki, Korsika adasında yüzlərlə toyuğun ölümündən sonra, indi də İvelin şəhərində bir quşçuluq fermasında toyuqlar arasında ölüm halları aşkar olunub.
Açıqlamada, Anses mütəxəssisləri iki epidemiya arasında əlaqə və mənbəyi təyin etməyə çalışdıqları ifadə edilib.
Digər tərəfdən, hökumət bölgədəki digər heyvanlara qripin yayılmasının qarşısını almaq üçün ölkə ərazisində tədbirlər həyata keçirilməsi üçün təlimat verib.
 
 

DİGƏR XƏBƏRLƏR

Top