Rusiya “Sputnik-V” peyvəndi üçün ÜST-ə müraciət etdi


Rusiyanın Qamaleya Tədqiqat Mərkəzinin hazırladığı COVID-19 peyvəndi -“Sputnik-V”-nin təsdiqlənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edilib.
Yenivaz.com
“İHA”ya istinadən xəbər verir ki, peyvənd üçün ÜST-ə müraciət olunduğunu Rusiya təmsilçisi Melita Vujnoviç Rusiyadakı radiolardan birinə müsahibəsi vaxtı dilə gətirib. O, həmçinin bildirib ki, hazırlanmış bütün peyvəndlər ilk növbədə istehsal olunan ölkədə təsdiqlənməlidir.
Hazırda könüllülər üzərində sınaqdan keçirilən peyvənd 2021-ci ilin əvvəlindən Rusiyada hər kəsə tətbiq olunacaq.
Qeyd edək ki, bu vaxta qədər peyvəndlə bağlı ÜST tərəfindən açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top