Ermənistanın yeni XİN başçısı barədə qalmaqallı faktlar yayıldı


Ermənistan mətbuatında ölkənin yeni təyin olunan xarici işlər naziri Ara Ayvazyanla bağlı qalmaqallı faktlar yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yerevan.doday” portal məlumat yayıb.
Məlumatda bildirilir ki, 996-cı ildən Xarici İşlər Nazirliyində çalışan Ayvazyan, diplomatik korpusun ən qalmaqallı  kadrlarından biri olub.
Qeyd olunur ki, səfir olduğu dövrdə Ara Ayvazyan diplomatik nömrə nişanlı avtomobillərin alqı-satqısı ilə məşğul olub.
“Lakin bu, onun tərcümeyi-halındakı ən biabırçı epizod deyil. 24 aprel “Soyqırım”ın ildönümü ərəfəsində Türkiyənin Argentinadakı səfirinin dəvətini qəbul edib və heç kimə demədən Türkiyə səfiri ilə içki içməyə gedib”, -deyə “Yerevan.doday” portalı yazıb.
Məlumatda bildirilir ki, XİN başçısı ilə bağlı başqa bir biabırçı epizod odur ki, Ara Ayvazyanın sürücüsü səfirliyin seyfindəki pulu oğurlayıb və hamı onun yerini bildiyi halda, Avyazyan ailəsinə yaxın olduğu üçün cinayətkarı cəzalandırmaq üçün heç bir şey edilmədi.
Daha sonta qeyd olunur ki, ispan dilində nəşr olunan  “Laseptima” jurnalının 2008-ci ilin yanvar sayında  "Diplomatik Qaçaqçılıq" adlı məqalə yayımlanıb. Həmin məqalədə  Ara Ayvazyan Nigeriya, Pakistan, Çili, Fas, Boliviya və Belarusiya kimi müxtəlif ölkələrdən olan təxminən 13 diplomatla birlikdə bahalı avtomobillərin satışında iştirak edib. “Laseptima” jurnalı yazıb ki, diplomatların cinayət sxemini həyata keçirmək üçün diplomatik toxunulmazlıqlarından  istifadə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top