ABŞ-da son sutkada 2 mindən çox insan koronavirusdan öldü


ABŞ-da koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
 “worldometers”ə istinadla xəbər verir ki, ABŞ-da son 24 saatda 192 min 186 nəfər yeni növ koronavirusa yoluxub, 2 min 65 nəfər isə dünyasını dəyişib. Nəticədə Birləşmiş Ştatlarda COVİD-19-a yoluxanların ümumi sayı 12 milyon 72 min 560-a, ölənlərin ümumi sayı isə 258 min 354-ə çatıb. 7 milyon 244 min 998 nəfər isə müalicə edilərək sağaldılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top