Koronavirusa qarşı ən təsirli hesab olunan peyvəndin qiyməti AÇIQLANDI


“Pfizer” və “BioNTech” dərman şirkətlərinin koronavirus əleyhinə hazırladığı peyvəndin qiyməti açıqlanıb.
Yeniavaz.com
“DHA”ya istinadən xəbər verir ki, Avropa İttifaqı ilə “Pfizer” və “BioNTech” dərman şirkətləri arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən 300 milyon dozaya 4, 65 milyard avro ödənəcək.
İki dozada tətbiq olunacaq peyvəndin dəyəri Avropa ölkələrində təxminən 31 avroya bərabərdir.
Qeyd edək ki, klinik sınaqların 3-cü mərhələsindən də uğurla çıxan peyvəndin hazırlanmasında türk həkimləri professor Dr. Uğur Şahin ve professor Dr. Özlem Türecinin də böyük əməyi olub. Peyvən koronavirusa qarşı hazırlanmış ən təsirli vaksin hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top