Deputatlar Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmasını təklif ediblər


“Torpaqlarımız işğal altında olanda bəzi Qərb dövlətləri gecə-gündüz sülhdən danışıdılar. Ancaq biz torpaqlarımızı azad edəndən sonra bu çağırışlar görünmür. Bu dəyişiklik nədən baş verib?”.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Fransa bəyan edir ki, münaqişəni başqa istiqamətdə həll etmək lazımdır və Ermənistanın yanındayam: “BMT-də bizim qətnamələrin aradan qaldırılması ilə bağlı kim canfəşanlıq edir? Əlbəttə ki, Fransa. Fransanın Azərbaycana münasibətini nəzərə alaraq təklif edirəm ki, Minsk qrupunun içərinsdə olan belə bir münasibət qəbuledilməzdir. Belə bir həmsədrlik Azərbaycan tərəfindən də qəbuledilməzdir. Hesab edirəm ki, Azərbaycan hökuməti Fransa hökuməti ilə əlaqələrini ciddi şəkildə təhlil etməlidir”.
Deputat Cavanşir Feyziyev isə söyləyib ki, Azərbaycan hökuməti Fransaya ATƏT-in Minsk qrupunun həmsədri kimi etimadsızlıq göstərməlidir.
O qeyd edib ki, Azərbaycan hökuməti tərəfindən Fransanın Minsk qrupunun üzvü olan digər ölkələrin biri ilə əvəzlənməsi istənilməlidir: “Hesab edirəm ki, bu çox düzgün olar”.

DİGƏR XƏBƏRLƏR

Top