Prezidentin Polis Akademiyasına rəis təyin etdiyi polkovnik Daanov kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Daanov Canpolad Alı oğlu Daxili İşlər Nazirliyinin Polis Akademiyasına yeni rəis təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Daanov Canpolad 1981-ci ildə Balakən şəhərində anadan olub.
2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə isə həmin fakültənin magistraturasını fərqlənmə diplomları ilə  bitirib.
2004-cü ildən DİN-in Polis Akademiyasının “Cinayət hüququ” kafedrasında müəllim kimi işə başlayıb.
2005-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayına kimi DİN-in istintaq orqanlarında müstəntiq, baş müstəntiq, şöbə rəisinin müavini, şöbə rəisi və baş idarə rəisinin müavini  vəzifələrində çalışıb.
Prezidentinin 01.07.2010-cu il tarixli  988 nömrəli  Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Daanov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) İstintaq Şöbəsinin rəisi olub. Daha sonra Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini olub.
26.08.2019-cu ildən DİN-in Polis Akademiyasının rəisinin birinci müavini vəzifəsində xidmət edib.
Ailəlidir. İki övladı var.

DİGƏR XƏBƏRLƏR

Top