DSMF bir ədədi 41 min manatdan 44 avtomobil alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) minik avtomobillərinin alınması ilə bağlı elan etdiyi açıq tenderin qalibini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, tenderin qalibi “Subaru Azərbaycan” MMC olub.

DSMF 44 ədəd avtomobil üçün “Subaru Azərbaycan” MMC-yə 1 milyon 818 min manat 9 qəpik vəsait ödəyib.

Rəqəmlərdən də göründüyü kimi bir ədəd avtomobilin orta qiyməti 41 min 318 manat olub.

Qeyd edək ki, DSMF-nin hansı model avtomobil aldığı açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top