Azərbaycana qarşı “İsgəndər”dən istifadə etdiklərini deyən erməni general istintaqa çağırıldı


Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı “İsgəndər” raket kompleksindən istifadə edildiyini deyən general 
Xüsusi İstintaq Xidmətində dirindirilib.
Yeniavaz.com "Sputnik armeniya"ya istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi general-leytenant Movses Akopyan ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Xatırladaq ki, erməni general keçirdiyi mətbuat konfransında sensasion açıqlamaları Ermənistan ictimaiyyətində böyük rezonansa səbəb olub. Akopyan Ermınistan ordusunun lazımi qədər silaha sahib olduğunu, ancaq yanlış qərarlar nəticəsində müharibəni uduzduğunu dilə gətirib.

DİGƏR XƏBƏRLƏR

Top