Əli Həsənov akademiyadakı vəzifəsindən də azad olundu - Yerinə TƏYİNAT + FOTO

Prezidenin sabiq köməkçisi və 2000-ci ildən etibarən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik edən Əli Həsənov kafedranın müdiri vəzifəsindən azad edilib.

Yeniavaz.com “MediaPost”a istinadən xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına Namiq Həsən oğlu Əliyev təyin olunub. 

Prezident yanında Dövlət İdarəçilik Akademiyası xəbəri təsdiq ediblər. 

Qeyd edək ki, hüquq elmləri doktoru, professor Namiq Əliyev Gürcüstan və Moldovada sabiq  fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.  

 

DİGƏR XƏBƏRLƏR

Top