Türkiyədə COVID-19-dan ölənlərin sayı artdı


Türkiyədə yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir qeyd edib ki, son sutka ərzində koronavirusdan (COVID-19) 123 nəfər ölüb, 4542 nəfər isə bu virusa yoluxub. 
Virusa yoluxan 2918 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Türkiyədə indiyədək 430 170 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 11 943 nəfəri ölüb.

DİGƏR XƏBƏRLƏR

Top