Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana gələcək


Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana gələcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TRT Haber” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Türkiyə və Rusiyadan olan müşahidəçilərin Qarabağdakı atəşkəsə nəzarət vəzifəsinin detalları bir neçə gün ərzində bəlli olacaq.
Bundan dərhal sonra türkiyəli müşahidəçilər monitorinq mərkəzi üçün Azərbaycana gələcək.
Yerini Azərbaycanın müəyyən edəcəyi ortaq monitorinq mərkəzi ən müasir texnologiyalarla təchiz olunacaq.
Ərazidə dronlardan da istifadə olunacaq.
Monitorinq mərkəzində Türkiyə və Rusiyadan olan müşahidəçilər tərəfindən nəticələrə birlikdə baxılacaq.

DİGƏR XƏBƏRLƏR

Top