Qarabağ qazisindən rüşvət alan direktorla bağlı YENİ XƏBƏR


Qarabağ qazisindən 1200 manat rüşvət alan Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filial direktoru Dəmirov Fərhad Ağamurad oğlu şərti azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.
Binəqədi rayon Məhkəməsində baş tutacaq prosesə hakim Vüqar Məmmədov sədrlik edəcək.
Qeyd edək ki, Qarabağ qazisi Asif Məlikov 1994-cü ildə Ağdamın Güllücə kəndi yaxınlığında gedən döyüşlərdə yaralanıb. 2003-cü ildə Müdafiə Nazirliyinin həkim komissiyasının qərarına əsasən, ona hərbi travma alması barədə rəy verilib. Aparılmış araşdırmalarla A.Məlikova 6600 manat sığorta ödənişi edilməsi haqqında Nəsimi rayon Məhkəməsinin qərarını icra etmək üçün Xaçmaz rayon filial direktoru F.Dəmirovun baş mütəxəssis Şəhriyar Qeybullayev vasitəsilə ondan 1200 manat rüşvət alması müəyyən edilib. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Fərhad Dəmirov və Şəhriyar Qeybullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.(Lent.az)

DİGƏR XƏBƏRLƏR

Top