Hər iki valideynini itirmiş qardaşlar ön cəbhədə xidmət edir


Ağstafa rayon Aşağı Kəsəmən kəndində yaşayan Hüseynovlar ailəsindən 3 qardaş ön cəbhədə xidmət edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Samir Əhmədov özünün feysbuk hesabından paylaşım edib.
O hər iki valideynlərini itirən qardaşların döyüş başlayandan ön cəbhədə olduqlarını yazıb: "Kəndimizin Vətən müharibəsində döyüşən Hüseynovlar ailəsi. Üç qardaşdılar üçü də müharibə başlayandan döyüşürlər. Hal-hazırda da cəbhə bölgəsindədirlər. Şükür salamatçılıqdı. Amma bu qardaşların nə atası var, nə də anası. Allah dünyadan köçənlərə rəhmət eləsin! Vətən anadır deyib döyüşə yollandılar".

DİGƏR XƏBƏRLƏR

Top