Füzuli şəhərinin ərazisi minalardan təmizlənir


İşğaldan azad edilən Füzuli rayonunun minalardan təmizlənməsi işlərinə başlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bunu Trend-ə açıqlamasında Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev deyib.
Onun sözlərinə görə, artıq Füzuli Rayon Polis Şöbəsi işğaldan azad edilən əraziyə köçürülüb: “Ərazidə komendantlıq yaradılıb. Hazırda Füzuli-Əhmədbəyli avtomobil yolunun çəkilməsi üçün layihələndirilmə işləri aparılır. Ərazilərin minalardan təmizlənməsi başa çatandan sonra digər tikinti-təmir işlərinə başlanacaq”.

DİGƏR XƏBƏRLƏR

Top