Erməni general: “Müharibə boyu Rusiya Ermənistana xəyalına gətirə bilməyəcəyi qədər silah verdi”


İstefa verən erməni general Movses Hakobyan Rusiyanın Ermənistana müharibə boyu silah verdiyini etiraf edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Ermənistan  Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi, general Movses Hakobyan bildirib ki, müharibə başlayandan sona qədər Rusiya Ermənistana silah verib:
“ Müharibə zamanı Rusiya Ermənistanı bütün lazımi silahlarla və daha çoxu ilə təmin etdi. Onlar hətta, Ermənistana xəyalına gətirə bilməyəcəyi qədər silah verdilər”.

DİGƏR XƏBƏRLƏR

Top