Məşhur firmaya məxsus ayaqqabının içindən uyğur türkünün yazdığı mesaj çıxdı: "Xahiş edirəm..." - FOTO


Məşhur “The North Face” şirkətinin istehsal etdiyi ayaqqabının içindən Uyğur türklərinə edilən zülümlə bağlı mesaj çıxıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Arslan Qibadulin adlı bir rus Sankt-Peterburqdan aldığı ayaqqabının içindən məktub tapıb:
“Ayaqqabını alıb evə gəldim. Geyinmək istəyirdim. Ayaqqabıya baxarkən içərisinə tikilmiş bir məktub tapdım”.
Məktubda bu mesaj yazılmışdı:
“Mən Çində həbsxanadayam, xahiş edirəm uyğurlara kömək edin”.
Qeyd edək ki, Çində uzun müddətdir Uyğur türklərinə qarşı zülüm edilir.Onlara din və milli mədəniyyətlərini yaşamağa qarşı çıxırlar. Kişilərin saqqal buraxmasının, qadınların uzun geyim geyməsinin qadağan edilməsi, insanların toy məclislərində spirtli içki içməyə məcbur edilməsi və sair Çinin uyğurlara etdiyi təzyiq və zülümlərdən sadəcə bir neçəsidir.

DİGƏR XƏBƏRLƏR

Top