Operativ Qərargahdan yaşı 65-dən yuxarı olan şəxslərlə bağlı AÇIQLAMA


Azərbaycan hökuməti yaşı 65-dən yuxarı olan şəxsləri küçəyə çıxmamağa çağırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin uzadılması haqqında yeni qərarında bildirilib.
"Dünyada, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur", - qərarda vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top