Ötən ay Azərbaycana nə qədər avtomobil gətirildiyi AÇIQLANDI


Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana xaricdən 42 min 827 ədəd müxtəlif təyinatlı avtomobil gətirilib.
Yeniavaz.com-un Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablamaya görə, idxal olunan avtomobillərin 4 min 195 ədədi oktyabr ayında idxal olunub.
Oktyabr ayında 3 min 817 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri gətirilib.
Bundan başqa oktyabr ayında 27 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 328 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 23 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Eyni zamanda ötən ay xaricdən 378 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid) gətirilib. Oktybarda yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin idxalı qeydə alınmayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top