Barak Obamanın yazdığı kitab rekord sayda satılıb

 


ABŞ-ın keçmiş prezidenti Barak Obamanın müəllifi olduğu “Vəd edilmiş torpaq” (The Promised Land) kitabının birinci cildi satışa çıxdığı ilk günündən rekord sayda satılıb.

Yeniavaz.com “CNN”ə istinadən xəbər verir ki, bu barədə “Penguin Random House” nəşriyyat evi məlumat verib. Xəbərdə deyilir ki, yüz minlərlə insan, kitab nəşr olunmamışdan əvvəl sifariş verib.
ABŞ və Kanadada əvvəlcədən sifariş verilmiş kitablar da daxil olmaqla ümumilkdə 887 min nüsxə satılıb. Nəşriyyat evi bu nəticənin şirkət üçün bir ilk olduğunu vurğulayıb.
Qeyd olunur ki, yeni kitabı ilk günkü satışı ilə Obamanın 2017-ci ildə nəşr olunan və həyat yoldaşı Mişelin xatirəsi olan “Becoming” kitabını geridə qoyub. Həmin kitab satışın ilk günündə 725 min nüsxə ilə satılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top