“Xan qızı” Natəvanın evi düşmən işğalından əvvəl və sonra... - FOTO


Azərbaycanın görkəmli şairəsi, el arasında “Xan qızı” adı ilə tanınan Xurşidbanu Natəvananın Şuşa şəhərində yerləşən evinin görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, XVIII əsrə aid tarix-memarlıq abidəsi olan ikimərtəbəli ev ermənilər tərəfindən tamamilə məhv edilib.
Xatırladaq ki, Xurşidbanu Natəvan sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir. O,  15 avqust 1832-ci ildə Şuşada anadan оlmuşdur. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda “Dürrü yeкta” (Təк inci), el arasında isə “Xan qızı” çağırmışlar.
Qeyd edək ki, ermənilər Şuşada Azərbaycanın peşəkar vokal sənətinin banisi Bülbülün büstünə, məscidlərə, tarixi abidələrə verdiyi zərərlərlə öz vandallıqlarını bir daha dünyaya sübut etmişdir.

DİGƏR XƏBƏRLƏR

Top