Ermənilər Ağdamdakı evləri də yandırırlar – VİDEO


Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata əsasən 20 noyabra qədər Ağdamı tərk etməli olan ermənilər evləri yandırmaqda davam edirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armeniya” videoreportaj hazırlayıb.
Qanunsuz olaraq burada məskunlaşmış erməni əsilli Armen bildirib ki, ilk öncə mağazasını, daha sonra evini yandırıb: “Artıq 10 ildir burada məskunlaşmışam. Axşam deyildi ki, sabah saat 21:00-a qədər çıxmalısınız. Hər şeyi aparmaq imkanımız yoxdur, buna görə də ən doğrusu bunları yandırmaqdır. Türklərə heçnə saxlamayacağam”.    
Qeyd edək ki, erməni vandalları Kəlbəcəri tərk edərkən də evləri, mağazaları yandırır, ağacları kəsərək özləri ilə aparırlar.

DİGƏR XƏBƏRLƏR

Top