Xocalı Soyqırımını törədən və qəddarlığı ilə tanınan erməni general öldü


Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan general- leytenantı Manvel Qriqoryan ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd edək ki, Manvel Qriqoryan Xocalı Soyqırımını törədən generallardan biridir.
Manvel Qriqoryan Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı törətdyi vəhşiliklərilə məşhur olub. 2014-cü ilin noyabrında Azadlıq Radiosunun ermənidilli bürosuna verdiyi müsahibəsində Manvel Qriqoryan Qarabağ müharibəsində yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini bildirib.
Qriqoryan həbs olunduqdan sonra məlum olub ki, bu şəxs təkcə azərbaycanlılara qarşı deyil, öz millətindən olan ermənilərə qarşı da bir-sıra cinayətlər edib. Məlum olub ki, Qriqoryan erməni iş adamlarını pul vermədikləri üçün girov saxlayaraq onlara işgəncələr verib.
Onu da bildirək ki, Qriqoryanla bərabər onun həyat yoldaşı Nazik Amiryan da həbs olunub. Nazik Amiryan da əri Manvel kimi Qarabağ müharibəsinin iştirakçısıdır və o da azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə tanınıb. Nazik Amiryan hətta 1990-cı ildə etdiyi əməllərə görə Azərbaycan polisi tərəfindən həbs olunub və Şuşa həbsxanasında saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top