Bakıda çoxmərtəbəli binada yanğın - 4 nəfər xilas edildi


Bakı şəhərinin Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb. 
Yeniavaz.com FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 88 m² olan mənzildə çarpayı və yataq dəsti yanıb. 
Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. 
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top