Türkiyə Ordusunun iki əsgəri şəhid olub, biri isə yaralanıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalında həyata keçirilən Pəncə-Kaplan Əməliyyatı bölgəsində baş vermiş avtomobil qəzasında əsgərlərdən biri hadisə yerində dünyasını dəyişib, yaralanmış digər iki əsgər isə xəstəxanaya aparılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, yaralı əsgərlərdən biri də xəstəxanada keçinib.