Bakıda maşının üzərinə aşan ağacın yerinə yenisi əkildi - FOTOLAR


Bu gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov küçəsi 1 ünvanındakı binanın qarşısında ağacın burada park edilmiş “Lada Granta” markalı avtomobilin üzərinə düşməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, əraziyə baxış keçirilib, güclü yağış nəticəsində deformasiyaya uğramış ağac ərazidən yığışdırılıb və ərazi təmizlənib.
Sınmış ağacın yerinə yeni şam ağacı əkilib.



DİGƏR XƏBƏRLƏR

Top