Zəngilan və Kəlbəcərdəki qızıl mədənlərində qazıntılarla bağlı müqavilələr imzalanıb

Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl mədənlərində qazıntı işlərinin aparılması ilə bağlı artıq müqavilələrimiz mövcuddur.

Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə keçirilən “Müharibədən sonra Qarabağın iqtisadiyyatı” adlı müzakirələr çərçivəsində millət vəkili Tahir Mirkişili deyib.

O bildirib ki, artıq yeraltı qazıntların, faydalı filiz və ya qara metallurgiyanın istifadəsi ilə bağlı müqavilələrimiz var:

“Həmin müqavilələr bağlandığı zaman torpaqlar işğal altında olsa da “AzerGold” QSC-nin xarici şirkətlə birgə təsis etdiyi konsorsium həmin ərazilərdə qazıntı işlərinin aparılması nəzərdə tutur. Bu ərazilər minalardan tamamilə təmizləndikdən sonra dərhal qazıntı işlərinə başlamağa hazırdırlar”.  

DİGƏR XƏBƏRLƏR

Top