Dünyanın aparıcı analitik qurumlarında olan Legatum İnstitutu ("The Legatum Institute") 167 ölkəni əhatə edən "Firavanlıq indeksi" reytinqini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan ötən ilki reytinq siyahısı ilə müqayisədə 13 pillə irəliləyərək 78-ci sıraya yüksəlib.
Məlumat üçün bildirək ki, Legatum İnstitutu ölkələrin "Firavanlıq indeksi" reytinqini müxtəlif meyarlar üzrə müəyyən edir. Bunlar iqtisadiyyat, sahibkarlıq üçün imkanlar, dövlət idarəçiliyi, təhsil, səhiyyə, təhlükəsizlik, insan azadlığı, şəxsi kapital və s. meyarlarıdır. Lakin, maddi rifah və şəxsi zənginlik amilləri əsas meyar kimi götürülür.
Azərbaycan "Firavanlıq indeksi" reytinqinə görə 167 ölkə arasında təhlükəsizlik üzrə 89-cu, təhsil üzrə 73-cü, səhiyyə üzrə 57-ci, iqtisadiyyat üzrə 83-cü, dövlət idarəçiliyi üzrə 110-cu, insan azadlığı üzrə 148-ci yerdə qərarlaşıb.
Region və keçmiş sovet ölkələrinin "Firavanlıq indeksi" reytinqindəki mövqeyi son 4 ildə belə olub:
|
2017 |
2018 |
2019 |
2020 |
Estoniya |
22 |
22 |
21 |
21 |
Litva |
38 |
32 |
32 |
32 |
Latviya |
34 |
34 |
34 |
34 |
Gürcüstan |
61 |
55 |
53 |
53 |
Ermənistan |
67 |
68 |
63 |
55 |
Qazaxıstan |
78 |
66 |
66 |
62 |
Belarus |
80 |
71 |
70 |
69 |
Rusiya |
82 |
74 |
75 |
76 |
Moldova |
92 |
88 |
83 |
80 |
Qırğızıstan |
106 |
89 |
89 |
90 |
Türkiyə |
77 |
84 |
92 |
94 |
Azərbaycan |
101 |
97 |
91 |
78 |
Ukrayna |
86 |
99 |
96 |
92 |
Özbəkistan |
107 |
104 |
102 |
97 |
Türkmənistan |
104 |
109 |
113 |
109 |
Tacikistan |
122 |
115 |
110 |
112 |
İran |
119 |
117 |
119 |
120 |
Onu da bildirib ki, "Firavanlıq indeksi" reytinqinə Danimarka başçılıq edir. İlk onluğa həmçinin Norveç, İsveçrə, İsveç, Finlandiya, Niderland, Yeni Zelandiya, Almaniya, Lüksemburq və Avstriya daxildir.
Ən aşağı indeksə malik olan dövlətlər sırasında Cənubi Sudan (167-ci yer), Mərkəzi Afrika Respublikası (166-ci yer), Yəmən (165-ci yer), Çad (164-cü yer), Somali (163-cü yer), Əfqanıstan (162-ci yer), Konqo Respublikası (161-ci yer) yer alıb.