Rusiya SQ-nin Qarabağda istifadasi üçün Federasiya Şurasından əlavə icazə istənildi


Kreml sözçüsü Dmitri Peskov Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda istifadəsi üçün Federasiya Şurasından əlavə icazə istənildiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Peskov bildirib ki, 2015-ci ildə Federasiya Şurasının, Rusiya hərbi personalının xaricdə istifadəsinə dair qərar qəbul edib. Əlavə icazənin istənməsi isə Dağlıq Qarabağdakı məlum missiyanın miqyası və məsuliyyətidir:
“Qarşımızda beş illik bir müddətin (Qarabağdakı sülhməramlı missiya) olduğunu, bu missiyanın miqyası və məsuliyyətini həmçinin, lazım olduqda uzadıla biləcəyini nəzərə alaraq Federasiya Şurasından əlavə icazə istənilib”.

DİGƏR XƏBƏRLƏR

Top