Gürcüstanda COVİD-19-a yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, Gürcüstanda son sutka ərzində 3 min 443 nəfər COVİD-19-a yoluxub, 37 nəfər isə həmin xəstəlikdən dünyasını dəyişib. Nəticədə, həmin ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 89 min 395-ə, ölənlərin sayı isə 815-ə çatıb. 71 min 468 nəfər isə müalicə alaraq sağalıb.