Ermənistanda sorğu keçirildi – Rusların Qarabağa gəlişinə münasibət bildirdilər


Məlum olduğu kimi, 9 noyabr tarixində Rusiya prezidenti Vladimir Putin, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev 10 noyabr saat 01:00-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması və rus sülhməramlılarının münaqişə bölgəsinə daxil olması barədə ortaq bəyanat imzaladılar. 
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, ABŞ-ın və eləcə də dünyanın nüfuzlu araşdırma mərkəzlərindən biri olan “Gallup İnternational” imzalanan ortaq bəyanat barəsində rəy sorğusu keçirib.
Sorğuda iştirak edənlərin 48,9%-i sənədin məzmunu ilə tam tanış olduğunu, 37,2%-i qismən tanış olduğunu, 13,1%-i isə ümumiyyətlə tanış olmadığını qeyd edib.
Rəyi soruşulan Ermənistan vətəndaşlarının 43,8%-i üç ölkə arasında imzalanan ortaq bəyanatı müsbət qarşıladıqlarını bildirib. Respondentlərin 23,5% -i tamamilə müsbət, 20,3% -i olduqca müsbət münasibət bəslədiyini açıqlayıb.
Respondentlərin 40,9%-i isə ortaq bəyanat mənfi münasibət bəslədiyini deyib. Onlardan 13,1%-i çox mənfi,  27,8%-I isə ümumiyyətlə mənfi münasibət bildirib. Sorğuda iştirak edəblərin 15,3%-i cavab verməkdə çətinlik çəkdiyini açıqlayıb.
Eyni zamanda respondentlərin 81,5% -i Rusiya sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsinə müsbət yanaşıblar. Onlardan 37,8%-i tamamilə müsbət, 43,7%-I isə olduqca müsbət bir münasibət bəslədiklərini ifadə ediblər.
Ortaq sənədin imzalanma səbəblərinə cavab verən vətəndaşların 65,6%-i bunu Qarabağ əhalisinin təhlükəsizliyi səbəbindən edildiyini, 19,3%-i bunun baş nazir Nikol Paşinyan tərəfindən dövlətə xəyanət olduğunu açıqlayıb.
“Gallup İnternational” ölkə əhalisindən baş nazir Nikol Paşinyana olan etimadı da soruşub. Sorğunun təşkilatçıları Paşinyana əhalinin neçə faizinin etimad göstərdiyini açıqlmasalarda, əvvəlki dövrlə müqayisədə 30% azalmanın olduğunu bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top