İtaliya XİN rəsmisi Qarabağ məsələsində Azərbaycanı dəstəklədiklərini açıqlayıb


İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano Qarabağ məsələsində Azərbaycana dəstək olduqlarını bildirib.
Yeniavaz.com
xəbər verir ki, Manlio Di Stefano bu barədə “Agenzianova” media orqanına müsahibəsi zamanı deyib. O bildirib ki, 1991-ci ildə Ermənistan tərəfindən işğal edilmiş və Azərbaycana qayıtmalı olan əraziləri göstərən bir çox qətnamə var:
Biz, işğal olunmuş torpaqların Azərbaycana qaytarılmalı olduğunu dəstəkləyirik. Bu ərazidə insan hüquqlarına hörmət göstərilməsini istəyirik. Azərbaycan çox inanclı bir ölkədir. Bunun bir neçə dəfə şahidi olmuşuq. Təəssüflər olsun ki, 30 ildir danışıqlar nəticə vermədi. Nəticədə, problem hərbi yolla həll edildi”.

DİGƏR XƏBƏRLƏR

Top