Koma vəziyyətində olan Rita Sarkisyan xaricə aparılıb


Ermənistanın üçüncü prezidenti, müxalifətdə olan “Respublikaçılar” partiyasının sədri Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan müalicə üçün xarici ölkələrdən birinə aparılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı “Nairi" tibb mərkəzindən “news.am” saytına bildiriblər.
Məlumatda bildirilir ki, Rita Sarkisyan 16 noyabr tarixində koronavirus diaqnozu ilə son dərəcə ağır vəziyyətdə "Nairi" tibb mərkəzinin reanimasiya şöbəsinə daxil olub. Son 2 gündə vəziyyətində heç bir irəlliləyiş olmadığı üçün qohumlarının istəyi ilə xarici ölkələrdən birinə aparılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top