Övladları şəhid olan ana: “Bir oğlumu dəfn edəndən sonra digərini gətirdilər” - VİDEO


“Birinci İslam sonra Əli şəhid olub. Amma birinci Əli gəlib, böyük qardaşı İslama yol verib ki, qoy birinci böyük qardaşım getsin. Əlini dəfn edib gələndən sonra İslamı gətirdilər”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri II Qarabağ Müharibəsində şəhid olan Əli və İslam Əhmədov qardaşlarının anası Sevinc Əhmədova deyib.
Ananın sözlərinə görə, Vətən Müharibəsinin ilk günü əvvəl kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid xəbərini alıb: 
“İslam subay idi, Əliyə nişan etmişdik. Evi təmir edirdik. Yanvarın 5-də Əlinin ad günü idi, dedik, elə onda toyunu da edərik. İslam həmişə deyirdi ki, mən şəhid olacam. Bunu bilirəm. Əli də universiteti bitirib, əsgərliyə getmişdi və sülhməramlılarda xidmət etdi”.
Qeyd edək ki, Mingəçevirdən olan qardaşlar Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə eyni gündə şəhidlik zirvəsinə ucalıblar.

DİGƏR XƏBƏRLƏR

Top