Fransada yeni qanun layihəsi səbəbilə etiraz aksiyası keçirilir - VİDEO


Fransanın paytaxtı Parisdə “Qlobal Təhlükəsizlik” qanun layihəsi səbəbilə etirazlar keçilib.
Yeniavaz.com 
xarici KİV-ə istinadla xəbər verir ki, aksiya zamanı polislər etirazçılar arasında qarşıdurma olub. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Aksiyada çox sayda etirazçının saxlanıldığı bildirilib.
Qeyd edək ki, qəbul edilməsi planlaşdırılan yeni qənuna əsasən artıq həm jurnalistlər həm də sıravi vətəndaşlar vəzifə başında olan polisləri videoya çəkə bilməyə cəklər. Hətta, bu cür kadrların yayımlanmasına görə, həbs cəzasının da veriləcəyi bildirilib. Etirazçılar isə bu qanunun cinayətləri və bir çox həqiqətləri gizlədəcəyini bildirirlər.

DİGƏR XƏBƏRLƏR

Top