Ermənilər Bülbülün Şuşadakı büstünü bu hala saldılar – VİDEO


Ermənilər Azərbaycanın peşəkar vokal sənətinin banisi Bülbülün Şuşadakı büstünü tanınmaz hala salıblar.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Görüntülərdən aydın olur ki, erməni vandalları büstü tanınmaz hala salmaqla yanaşı, Bülbülün mədəniyyət evini xarabalığa çevirib.
Qeyd edək ki, tam adı Murtuza Məşədi Rza oğlu Məmmədov olan Bülbül, 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olub. Hələ kiçik yaşlarında öz məlahətli səsi, zəngulələri ilə hamıdan seçilən, bülbülləri yamsılayıb onlar kimi cəh-cəh vuran Murtuzanı el içində “Bülbül” adlandırıblar. Sonralar elə bu adla məşhurlaşan sənətkarın əsl adı unudularaq, onu yalnız körpəlikdən tanıyanların yaddaşında qalıb. Şuşada, Bülbülün doğulduğu ev muzey olmuş, lakin məlum səbəblərdən 1992-ci ildə onun fəaliyyəti dayandırılmışdır.

DİGƏR XƏBƏRLƏR

Top